“Yeni kabinetdə yalnız hərbi idarənin rəhbəri dəyişdiriləcək”.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
“Bütün hökumət üzvlərini qalmağa dəvət etdim. Yalnız müdafiə naziri Cuanşer Burçuladze başqa sahəyə keçmək istədiyini deyib. Mən onun qərarına hörmət edirəm. Müvafiq olaraq, Gürcüstan hökumətində yalnız bir dəyişiklik olacaq, müdafiə naziri postuna parlament sədrinin müavini İrakli Çikovaninin namizədliyi irəli sürüləcək”, – deyə Kobaxidze jurnalistlərə bildirib.
Qeyd edək ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurultayı keçirilib, qurultayda keçmiş baş nazir İrakli Qaribaşvili partiyanın yeni rəhbəri, partiyaya əvvəllər rəhbərlik etmiş Kobaxidze isə baş nazir seçilib.
Vəli Həsənov,
KONKRET.az
