Gürcüstanın keçmiş XİN başçısı Ukraynada qəzaya düşdübackend

Gürcüstanın keçmiş XİN başçısı Ukraynada qəzaya düşdü

Gürcüstanın keçmiş xarici işlər naziri Eka Tkeşelaşvili Ukraynda qəzaya düşüb.

KONKRET.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, hadisə oktyabrın 8-də baş verib. Məlumata görə, sabiq nazirin olduğu “Audi” markalı avtomobil Lvov-Çop magistralında hərəkət edərkən qarşıdan gələn “Hyundai” markalı avtomobillə toqquşub.

Sabiq nazir qəza nəticəsində sol qolunda sınıq, baş-beyin silkələnməsi və döş qəfəsinin əzilməsi diaqnozları ilə xəstəxanaya yerləşdirilib.

“Hyundai” markalı avtomobilin sürücüsünün isə hadisə yerində həlak olduğu bildirilib.APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*