Gürcüstanın Tokiodakı səfiri Teymuraz Lejavay və sürücüsü hücuma məruz qalıb.
KONKRET.az xəbər verir ki, o bu barədə tviterdə yazıb.
Diplomatın sözlərinə görə, hadisə Tokionun mərkəzində, səfirlik binasının yaxınlığında baş verib.
Belə ki, bir nəfər səfirin maşınına yaxınlaşıb, sürücünün yaxasından tutub və onu avtomobildən düşürtməyə çalışıb.
“Gözlənilmədən avtomobilin qapısını açdı və hücum etdi. Bu, biabırçılıqdır”, – deyə səfir yazıb.
Hadisəni telefonunun yaddaşına köçürən diplomat da hücuma məruz qalıb.
Xoşbəxtlikdən heç kim xəsarət almayıb.
