Hacı Əliyev Olimpiadaya lisenziya qazandıbackend

Hacı Əliyev Olimpiadaya lisenziya qazandı

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

KONKRET.az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Albaniya təmsilçisi İslam Dudayevə 6:3 hesabı ilə qalib gələrək bu uğura imza atıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Əliabbas Rzazadə ( 57 kiloqram) və Maqomedxan Maqomedov (97 kiloqram) Olimpiadaya lisenziya əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*