ABŞ Federal Təhqiqat Bürosu (FBI) İrana casusluqda ittiham olunan və qiyabi məhkum edilən keçmiş əks-kəşfiyyat agenti Monika Uittin saxlanılmasına kömək edəcək məlumat üçün 200 min dollar məbləğində mükafat elan edib.
KONKRET.az xəbər verir ki, Uitt 2013-cü ildə İrana qaçıb və ehtimal olunur ki, həmin vaxtdan bəri iranlı operativ işçilərə keçmiş həmkarlarına qarşı fəaliyyət göstərməkdə kömək edir. O, həmçinin Pentaqonun proqramlarından birinin kod adını və məxfi məqsədlərini ifşa edib.
Özünü ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının izləmə proqramlarını ifşa edən Edvard Snoudenlə müqayisə edən Uittin Rusiyaya sığınmaq niyyətində olduğu bildirilir.
Natiq Səlim,
KONKRET.az
