“Hadisələri qabaqlamayaq” – KTMT baş katibindən Ermənistanla bağlı diqqətçəkən mesajbackend

“Hadisələri qabaqlamayaq” – KTMT baş katibindən Ermənistanla bağlı diqqətçəkən mesaj

“Mən həmişə demişəm ki, təkcə ölkə rəhbərliyinin (söhbət KTMT-yə münasibətdən gedir – red.) deyil, həm də erməni xalqının bu və ya digər məsələlərlə bağlı öz fikri var. Buna görə də hadisələri qabaqlamayaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri KTMT-nin baş katibi Taalatbek Masadıkov bildirib. Onun sözlərinə görə: “Ümumiyyətlə, postsovet məkanında hakimiyyətin mövqeyi ilə xalqın mövqeyini bir-birindən ayırmağa və qarşı-qarşıya qoymağa çalışmaq təəccüblü və kifayət qədər xoşagəlməz bir ənənəyə çevrilib (əlbəttə ki, bu, kimlərəsə sərf edəndə).

Bəlkə də bunun səbəbi odur ki, bu məkanın böyük hissəsində hakimiyyətin formalaşmasının xalqdan asılı olmadığı barədə bir aksioma hökm sürür. Halbuki Ermənistanda olduğu kimi, vətəndaşlar seçkilər vasitəsilə hakimiyyəti formalaşdırdıqda, bu o deməkdir ki, hakimiyyət məhz həmin vətəndaşların əksəriyyətinin mövqeyini ifadə edir.

Əlbəttə, hakimiyyət səhv edə bilər. Ancaq demokratik ölkələrdə xalqın öz narazılığını hakimiyyətə çatdırmaq üçün vasitələri olur və hakimiyyət də vətəndaşların fikri ilə hesablaşmağa məcbur qalır”.

Erməni ekspert Baqramyan qurum rəsmisinin sözlərinə belə şərh yazıb:

“Görəsən, Taalatbek Masadıkov Ermənistanda vətəndaşların hakimiyyətdən KTMT ilə münasibətləri gücləndirməyi tələb etdiyi on minlərlə insanın iştirak etdiyi etiraz aksiyalarını görübmü? Əminik ki, görməyib. Buna görə də bu bəyanat manipulyasiya xarakteri daşıyır.

Bundan əlavə, “erməni xalqı” anlayışı daxilində o qədər fərqli baxışlar var ki, onları vahid fikir kimi təqdim etmək demək olar ki, mümkün deyil. Belə məsələlərdə isə qərarı “erməni xalqı” deyil, milliyyətindən asılı olmayaraq Ermənistan vətəndaşları verir.

Masadıkov “erməni xalqı” anlayışına Marqarita Simonyanı da, Aram Qabrelyanovu da aid edib onların fikrini soruşa bilər. Lakin Ermənistan vətəndaşları üçün onların fikri tamamilə əhəmiyyətsizdir. Buna görə də baş katibin bu ifadəsi də manipulyativ xarakter daşıyır.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*