Ədliyyə Nazirliyi daha bir siyasi partiyanı dövlət qeydiyyatına alıb.
KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, bu dəfə qeydiyyatdan keçən təşkilat Hafiz Hacıyevin rəhbərlik etdiyi Müasir Müsavat Partiyası olub.
Beləliklə, qeydə alınan partiyaların sayı 16-ya çatıb.
Bunlar aşağıdakılardı:
- 1. Yeni Azərbaycan Partiyası (sədr İlham Əliyev)
- 2. Ağ Partiya (sədr Tural Abbaslı)
- 3. Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı)
- 4. Milli Dirçəliş Hərəkatı Partiyası (sədr Fərəc Quliyev)
- 5. Milli Cəbhə Partiyası (sədr Razi Nurullayev)
- 6. Ana Vətən Partiyası (sədr Fəzail Ağamalı)
- 7. Haqq Ədalət Partiyası (sədr Əli İnsanov)
- 8. Azərbaycan Milli İstiqlal Partiyası (sədr Arzuxan Əlizadə)
- 9. Ümid Partiyası (sədr İqbal Ağazadə)
- 10. Böyük Azərbaycan Partiyası (sədr Elşad Quliyev)
- 11. Azərbaycan Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu)
- 12. Azərbaycan Xalq Partiyası (sədr Pənah Hüseyn)
- 13. Vəhdət Partiyası (sədr Tahir Kərimli)
- 14. Azad Vətən Partiyası (sədr Akif Nağı)
- 15. Klassik Xalq Cəbhəsi Partiyası (sədr Mirmahmud Mirəlioğlu)
- 16. Müasir Müsavat partiyası (sədr Hafiz Hacıyev)
