Hakan Fidan səudiyyəli həmkarı ilə danışdıbackend

Hakan Fidan səudiyyəli həmkarı ilə danışdı

Türkiyə xarici işlər naziri Hakan Fidanla Səudiyyə Ərəbistanının XİN başçısı şahzadə Faysal bin Fərhan arasında telefon danışığı baş tutub.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı sabah Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək İƏT-in Fövqəladə İcraiyyə Komitəsinin iclasına hazırlıqla bağlı fikir mübadiləsi aparıblar.

Bundan başqa, hər iki nazir islamafobiya ilə mübarizə və regional mövzularda əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*