Hakerlər Putin, Lavrov və Medvedevin “xəstəliklər”inin adlarını AÇIQLADILARbackend

Hakerlər Putin, Lavrov və Medvedevin "xəstəliklər"inin adlarını AÇIQLADILAR

Hakerlər Putinin meqalomaniya və Lavrova şizofreniya “diaqnoz”u qoyublar.

KONKRET.az xəbər verir ki, bu barədə hakerlərin işinin izlərini görməyə müvəffəq olan Kanal 24 məlumat yayıb. Belqorod narkoloji klinikasının saytı sındırılıb.

Klinikanın internet saytı hazırda işləmir.

Belə ki, hakerlər Rusiyanın Belqorod şəhərindəki narkoloji klinikalardan birinin saytını sındıraraq, prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin fotosunu yerləşdiriblər.

İnternet “döyüşçüləri” Putində meqalomaniya, Lavrovda şizofreniya, Medvedevə isə parafreniya sindromu“ diaqnoz qoyublar”.

Onların bunu Putinin özünü I Pyotrla bənzətməsinə, Lavrov və Medvedevin isə birmənalı olmayan bəyanatlarına görə etdikləri güman olunur.

Qeyd edək ki, bu cür müqayisə və bənzətmələr, davranışlar böyük psixi sağlamlıq problemlərindən xəbər verə bilər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*