Hakim telefonla danışıb penaltini ləğv etdibackend

Hakim telefonla danışıb penaltini ləğv etdi

Portuqaliya çempionatının 4-cü turunun “Porto” – “Aroko” matçında oyunun baş hakimi Miqel Noqeyra VAR hakimləri ilə telefonla danışdıqdan sonra qonaqların qapısına təyin olunmuş penaltini ləğv edib.

KONKRET.az xəbər verir ki, görüşün 90-cı dəqiqəsində “Porto” penalti zərbəsi vurmaq hüququ qazanıb. VAR arbitrləri epizodu izləmək üçün Noqeyrnanı monitora çağırıb, lakin texniki problemlər üzündən o, görüntünü görə bilməyib. Uzun fasilədən sonra VAR-da həmkarları ilə əlaqə saxlamaq üçün baş hakimə mobil telefon verilib. O, telefonla danışdıqdan sonra penalti ləğv edilib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*