“Bu hakimiyyət cəmiyyəti qəhrəmanlara və fərarilərə bölür”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Andranik Tevanyan Facebook səhifəsində yazıb. O bildirib ki, o vaxtkı hakimiyyət erməniləri ağ və qaraya, yeni hakimiyyət isə varlı və kasıba bölüb.
“Bu hakimiyyət həm də cəmiyyəti qəhrəmanlara və fərarilərə bölür. Üstəlik, onların qavrayışında ölənlər qəhrəmandır, sağ qalanların çoxu isə fərarilərdir.
Fərarilər mövzusu daha 2 səbəbə görə vaxtaşırı dövriyyəyə buraxılır. Ona görə ki, baş nazir “mən əsas məsul və bir nömrəli günahkar deyiləm” mövzusunu inkişaf etdirmək və hələ qarşıda gözlənilən məğlubiyyət və güzəştləri əsaslandırmaq istəyir.
Mən fərarilik və fərarilər mövzusuna 13 noyabr 2020-ci ildə – 44 günlük müharibənin rəsmi başa çatmasından 3 gün sonra müraciət etmişdim. Qiymətləndirmələrimdə heç nə dəyişməyib”, – deyə Tevanyan yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
