Sumqayıtda qəza: yaralanan varbackend

Sumqayıtda qəza: yaralanan var

Sumqayıt şəhərində moped yolu keçən piyadanı vurub.

KONKRET.az “report”a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Məmmədov Rüfət İlqar oğlunun idarə etdiyi moped piyadaya xəsarətlər yetirib. Yaralı Sumqayıt Şəhər Təcili Yardım xəstəxanasına çatdırılıb.

Hazırda yaralının kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*