Hatayda yer qabığının qırılmasının təzə görüntüləri yayılıb.
KONKRET.az xəbər verir ki, fevralın 6-da Türkiyənin Hatay bölgəsində baş verən dəhşətli zəlzələ nəticəsində meydana gələn qırılma xəttinin yeni görüntüləri ortaya çıxıb.
Yer qabığının üst hissəsində qırılma xətlərinin görüntüsü insanda vahimə yaradır.
Zəlzələ nəticəsində meydana gələn müxtəlif qırılma seqmentlərinin 400 kilometr uzunluqda və 8-10 kilometr dərinlikdə olduğu bildirilir.
Həmin görüntüləri təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
