Havanı çirkləndirən sexin sahibi cərimələndibackend

Havanı çirkləndirən sexin sahibi cərimələndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Beyləqan rayonunun Milabad qəsəbəsində fəaliyyət göstərən istehsal sexindən atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Faktla bağlı sexin sahibi Vüqar Ağalıyev barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub.

Obyekt sahibinə sexdə təmizləyici qurğunun quraşdırılması üçün icrası məcburi olan “məcburi göstəriş” verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*