Özbəkistanda 21 yaşadək futbolçulardan ibarət “Qızılqum” və “Metallurq” komandaları arasında keçirilən matçda helikopter meydançaya enib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, qarşılaşma Nəvai rayonundakı stadionda keçirilib.
Oyun zamanı “Uzbekistan Airways”a məxsus helikopter meydançaya enib. Bu səbəbdən futbolçular matçı yarımçıq dayandırmalı olublar.
Helikopterin hansı səbəbdən futbol meydançasına endiyi məlum deyil.

İqbal Rzayev,
KONKRET.az
