HƏMAS ABŞ-ı təcavüzdə iştirak etməkdə ittiham etdibackend

HƏMAS ABŞ-ı təcavüzdə iştirak etməkdə ittiham etdi

HƏMAS Vaşinqtonun Aralıq dənizinin şərqinə dəniz gəmisi zərbə qrupu göndərməsindən sonra ABŞ-ı “Fələstin xalqına qarşı təcavüzdə” ittiham edib.

KONKRET.az xəbər verir ki, bunu HƏMAS-ın sözçüsü Hazem Kassem deyib.

“Bu addımlar xalqımızı və onların müqavimətini qorxutmur, onlar xalqı və müqəddəs yerlərimizi müdafiə etməyə davam edəcək”, – Kassem bildirib.

Hərbi Dəniz Qüvvələrinin daşıyıcı zərbə qrupuna idarə olunan raket esminesləri və idarə olunan raket kreyserlərinin müşayiəti ilə nüvə enerjisi ilə işləyən təyyarədaşıyan USS Gerald R. Ford daxildir.

Məlumata görə, ABŞ Livandakı Hizbullah və İsrailə qarşı çıxan digər silahlı qruplaşmaların qarşısını almaq üçün Yaxın Şərqə daha çox döyüş təyyarəsi göndərir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*