HƏMAS Haniyənin varisi ilə bağlı qərar verdibackend

HƏMAS Haniyənin varisi ilə bağlı qərar verdi

HƏMAS-ın siyasi qanadına İsmayıl Haniyənin varisi Məhəmməd İsmayıl Dərviş rəhbərlik edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı adı açıqlanmayan mənbələrə istinadən “Al-Arabiya” telekanalı yayıb.

Mənbələr Qətərdə yaşayan Məhəmməd İsmayıl Dərvişin yeni seçkilərə qədər Həmas siyasi bürosuna rəhbərlik edəcəyini bildirib.

Bundan əvvəl təşkilata müvəqqəti olaraq HƏMAS-ın keçmiş rəhbəri Xalid Maşalın rəhbərlik edəcəyi bildirilirdi. Ərəb mediası qeyd edir ki, Qəzza zolağında HƏMAS lideri Yəhya Sinvar Maşalın geri qayıtmasının qəti əleyhinə olduğu üçün bu qərar ləğv edilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*