Henri Kissincerdən Ukraynada müharibəni bitirmək üçün 3 variantbackend

Henri Kissincerdən Ukraynada müharibəni bitirmək üçün 3 variant

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “The Spectator” nəşrinə müsahibəsində deyib ki, Ukraynadakı müharibə üç yolla həll oluna bilər, hansının həyata keçirilməsindən asılı olaraq, NATO zəifləyəcək və ya güclənəcək.

KONKRET.az xəbər verir ki, bu barədə informasiya Rusiyanın RBK telekanalında yerləşdirilib.

ABŞ-ın keçmiş dövlət katibinin sözlərinə görə, birinci ssenari Rusiya qoşunlarının bu günə qədər öz mövqelərində qalmasıdır. Bu vaxt Ukraynanın 20 faizi və Donbassın böyük hissəsi (əsas sənaye və kənd təsərrüfatı rayonları, Qara dənizi boyunca zolaq) onların nəzarətində qalacaq.

Kissincer hesab edir ki, belə bir variant Rusiyanın qələbəsi olacaq, NATO-nun əhəmiyyəti isə əvvəllər düşünüldüyü kimi “həlledici olmayacaq”.

İkinci variant Rusiyanın Ukraynada müharibə başlamazdan əvvəl nəzarəti ələ keçirdiyi Krımdan “qovulmasıdır”. Onun fikrincə, bu vaxt yeni Ukrayna-Rusiya müharibəsi başlayacaq.

“Üçüncü ssenariyə görə, Kiyev Rusiyanın hücumunu dayandırsa və qarşıdurma xətti hərbi əməliyyatlar başlamazdan əvvəlki sərhədlərə geri çəkilsə, bu, rəsmi Moskvanın məğlubiyyəti kimi qəbul ediləcək”, – deyə Kissincer bildirir. – “Nəticədə Ukrayna yenidən silahlanacaq, onunla NATO arasında sıx əlaqələr yaranacaq, ya da ölkə alyansın bir hissəsi olacaq”.
Kissincer vurğulayıb ki, Ukrayna prezidenti Volodimir Zelenski üçüncü variantı həyata keçirmək qərarına gəlib.

ABŞ-ın keçmiş dövlət katibinin fikrincə, bu ssenari Qərb ölkələri üçün “əhəmiyyətli nailiyyət” hesab ediləcək, Finlandiya və İsveçin qoşulması ilə NATO daha da güclənəcək, Ukrayna isə “Avropada ən böyük quru qoşunlarına” malik olacaq.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*