Hərbi qulluqçuların pensiyası artırılacaq – Yeni qanun layihəsi hazırlanırbackend

Hərbi qulluqçuların pensiyası artırılacaq - Yeni qanun layihəsi hazırlanır

Azərbaycanda hərbi qulluqçularln pensiya təminatı ilə bağlı yeni qanun layihəsi hazırlanır.

KONKRET.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Nazir müavini bildirib ki, hərbi qulluqçuların əməkhaqlarının artımı həyata keçirildikdə pensiyalarının məbləği artır:

“Ancaq ümumi əsaslarla pensiyaların məbləği isə hər il dövlət başçısının müvafiq sərəncamları ilə indeksasiya əmsalı tətbiq olunmaqla həyata keçirilir. Dəyişikliklərdə heç bir halda hərbi qulluqçuların pensiya təminatının azalmasından söhbət getmir. Əksinə, bizim təklifimizin mahiyyəti ondan ibarətdir ki, hərbi qurumlarda çalışan şəxslərin pensiyalarının məbləği əməkhaqları artandan-artana yox, hər il indeksasiya edilsin”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*