Hərbi xidmətə çağırışla bağlı ən çox verilən suala cavab…backend

Hərbi xidmətə çağırışla bağlı ən çox verilən suala cavab...

Dişlərində breket olan şəxslərin hərbi xidmətə çağırılıb-çağırılmaması tez-tez müzakirə olunan məsələlərdəndir.

Bəs breket taxılması çağırışçının hərbi xidmətə yararlılığına təsir edirmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, dişlərində breket olan şəxslərin hərbi xidmətə çağırılması mümkündür və bu fakt xidmətdən azad edilmək üçün əsas yaratmır.

Üzeyir Cəfərova Polkovnik hərbi rütbəsi verildi | Baku.ws Xəbər saytı - Son  xəbərlər və Hadisələr

Onun sözlərinə görə, breket dişlərin düzgün inkişafı və düzülüşünün korreksiyası məqsədilə tətbiq edilir və hərbi xidmət keçməyə maneə yaratmır. Belə şəxslər xidmət zamanı da müəyyən şərtlər çərçivəsində müvafiq şəraitlə təmin olunurlar.

Ekspertin sözlərinə görə, çağırışçıda ciddi stomatoloji problem aşkar edilərsə, onun hərbi xidmətə yararlılığı qüvvədəki tibbi meyarlara əsasən müəyyənləşdirilir.

“Bu gün xüsusilə gənclər arasında breketdən istifadə geniş yayılıb. Məqsəd dişlərin düzgün inkişafını təmin etməkdir. Təkcə breket taxılması hərbi xidmətə çağırılmama üçün əsas deyil. Əgər ciddi stomatoloji problem varsa, həmin hal tibbi komissiya tərəfindən qiymətləndirilərək şəxsin hərbi xidmətə yararlılıq dərəcəsi müəyyən edilir”, – deyə Üzeyir Cəfərov vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*