Hidayət Heydərov cəzalandırıldı – Yarışa qatılmayacaqbackend

Hidayət Heydərov cəzalandırıldı - Yarışa qatılmayacaq

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb.

Bu barədə KONKRET.az-a federasiyadan məlumat verilib.

Bildirilib ki, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində tatamiyə çıxmayacaq. Buna səbəb isə H.Heydərovun çəkisini sala bilməməsidir.

O, 73 kq-da yarışa qatılmalı olsa da, çəkisi buna uyğun gəlməyib. Nəticədə daxili intizam qaydalarına uyğun olaraq cəzalandırlıb və yarışda iştirak etməyəcək.

Qeyd edək ki, Hidayət Heydərov Paris-2024 Olimpiya Oyunlarının mükafatçısıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*