Hidayət Orucovun cənazəsi Bakıya gətirildi – Vəsiyyəti yerinə yetirildibackend

Hidayət Orucovun cənazəsi Bakıya gətirildi - Vəsiyyəti yerinə yetirildi

Azərbaycanın keçmiş dövlət müşaviri, yazıçı-dramaturq Hidayət Orucovun cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib.  

KONKRET.az xəbər verir ki, mərhum paytaxtın Binəqədi rayonunda yerləşən qəbiristanlıqda dəfn olunub.

H.Orucov öz vəsiyyətinə uyğun olaraq, oğlunun məzarı yanında torpağa tapşırılıb.

“Dəfələrlə demişdi ki, məni oğlumun yanında dəfn edin. Vəsiyyətini yerinə yetirdik” – yaxınları bildirib.

Mərhumun yas mərasimi iyunun 17-də Bakının  Təzəpir məscidində keçiriləcək.

Qeyd edək ki, görkəmli yazıçı-dramaturq, publisist, tərcüməçi, dövlət xadimi və diplomat, Əməkdar incəsənət xadimi Hidayət Orucov iyunun 13-də Türkiyənin İstanbul şəhərində, ömrünün 82-ci ilində vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*