Hikmət Hacıyev və “A Haber” Dünyaya tanıtdı: Nigar sabah 15 yaşını qeyd edəcəkdi… – FOTObackend

Hikmət Hacıyev və "A Haber" Dünyaya tanıtdı: Nigar sabah 15 yaşını qeyd edəcəkdi... - FOTO

Ermənistanın Gəncəyə atdığı SKAD (SCUD) raket hücumu nəticəsində dağıntılar arasında qalaraq həlak olan vətəndaşlarımızdan biri də yeniyetmə Nigar Əsgərovadır. 

KONKRET.az xəbər verir ki, Nigar əgər həyatda olsaydı, sabah 15 yaşını qeyd edəcəkdi.

Prezidentin köməkçisi Hikmət Hacıyev özünün sosial şəbəkə hesabında erməni terroru nəticəsində həlak olan Nigarın qana bulanmış şəxsiyyət vəsiqəsinin paylaşaraq, “Sabah – 18 oktyabrda onun ad günüdür” yazıb.

Qeyd edək ki, Türkiyənin “A Haber” kanalı da xəbər müxbiri Kerim Ulakın təsirli şərhi ilə 15 yaşlı vətəndaşımız Nigarın, ata-anasının və 10 aylıq qardaşının yarımçıq qalan həyat yolunu erməni terroruna hələ də susan Dünyaya çatdırıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*