Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevi doğum günü münasibətilə tvitterdə paylaşım edib.
KONKRET.az xəbər verir ki, paylaşımda deyilir:
“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ad günüdür. Güclü Azərbaycan dövlətinin qurucusu olan Prezident İlham Əliyev xalqımızın Qarabağ həsrətinə son qoyaraq və müharibədə zəfərimizi təmin edərək tariximizin Qəhraman Dövlət Başçısı səlnaməsinin müəllifidir”.
Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz Cənab İlham Əliyevin ad gününü səmimi qəlbdən təbrik edirəm. Güclü və Şanlı Azərbaycan dövlətinin Lideri Prezident İlham Əliyev Azərbaycan xalqına son 200 ildən bəri həsrətlə gözlədiyi qələbə sevincini yaşatdı. Belə bir liderin gəlişini Azərbaycan xalqı neçə illərdi gözləyirdi. Var Ol, Daim Ol, hər zaman Azərbaycan xalqı ilə Ol. Yaşasın Azərbaycan, Yaşasın Ali Baş Komandan!