Hindistan Müdafiə Nazirliyinin başlarına çalma geyinən siqh hərbi qulluqçuları üçün polad dəbilqə almaq planına Siqh ruhaniləri qarşı çıxıblar.
KONKRET.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Bildirilib ki, Siqhizm prinsiplərinə görə belə dəbilqələr qəbuledilməzdir.
“Siqhin başına geydiyi dastar (türban) sadəcə 5-7 m uzunluğunda parça deyil, Quru (Siqhizm dininin qurucusu Quru Nanak Dev) tərəfindən bağışlanan siqh kimliyinin simvoludur”, – ruhanilərin rəhbəri deyib.
Ruhanilər nazirliyin bu planlarına qarşı mübarizəni davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, Birinci Dünya Müharibəsi zamanı ingilislərin orduda xidmət edən siqhləri dəbilqə taxmağa məcbur etməsi onların etirazına səbəb olmuş və uğursuzluqla nəticələnmişdir. Müasir Hindistan ordusunda isə yalnız hərbi aviasiya və tank bölmələrində xidmət edənlər dəbilqə geyir.
İqbal Rzayev,
KONKRET.az
