Hindistan Rusiyadan neft alışını dayandırdıbackend

Hindistan Rusiyadan neft alışını DAYANDIRDI

Hindistan Rusiyadan neft alışını dayandırdı.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin neft və təbii qaz naziri Hardeep Puri bildirib.

Bloomberg isə yazır ki, Rusiya neftinin Hindistana tədarükünün azalması ödəniş problemləri ilə bağlı deyil. İdxalın həcmi yalnız enerji resurslarının qiymətindən asılıdır.

O əlavə edib ki, Hindistan hakimiyyətinin yalnız bir tələbi var – ən yaxşı qiymətə yanacağın fasiləsiz alınması. Nazirin sözlərinə görə, ölkə Rusiyadan orta hesabla gündə 1,5 milyon barel neft alır.

“Əgər ruslar endirim təklif etməsələr, Hindistan yenilərini tapacaq”, – deyə Hardeep Singh Puri bildirib. O, aydınlaşdırıb ki, bəzi istehsalçılar Rusiyadan daha böyük endirimlər təklif etməyə hazırdırlar.

Qeyd edək ki, Rusiya Hindistana satdığı neftin qiymətindən dəfələrlə narazılığını bildirib. Belə ki, Hindistan bu qiymətləri yenə də aşağı salmağa çalışır. Hazırda iki ölkə arasında bununla bağlı ciddi razılaşma yoxdur.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*