Hindistan “YouTube”dan bu materialları silməyi TƏLƏB ETDİbackend

Hindistan "YouTube"dan bu materialları silməyi TƏLƏB ETDİ

Hindistan X (Twitter), “YouTube” və “Telegram” sosial media platformalarına bildirişlər göndərərək, onlardan platformalarında uşaqların cinsi istismar məzmunlu materialların olmamasına bir daha nəzər salmağı xahiş edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” ölkə hökumətinə istinadən xəbər verir.

Hökumətin bəyanatında deyilir ki, şirkətlər tələblərə əməl etməsələr, hüquqi məsuliyyətdən müdafiələrini itirə bilərlər.

Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi (MEITY) tərəfindən verilən bildirişlərdə platformalarda uşaq cinsi istismarı ilə bağlı hər hansı materialın tez və daimi olaraq silinməsinin vacibliyi vurğulanır.

İnformasiya Texnologiyaları naziri Rajeev Chandrasekhar bildirib ki, əgər onlar dərhal hərəkət etməsələr, İT Qanununun 79-cu maddəsinə uyğun olaraq müdafiə təminatları ləğv ediləcək və nəticələr Hindistan qanunlarına uyğun olaraq davam edəcək.

Hindistan hökumətinin müraciətinə cavab olaraq, Telegram uşaq istismarı materialının xidmət şərtləri ilə açıq şəkildə qadağan edildiyini açıqlayıb.

“YouTube”un sözçüsü isə bildirib:

“Uşaqların cinsi istismarı materiallarına sıfır dözümlülük siyasətimiz var. Yetkinlik yaşına çatmayanlar üçün zərərli məzmunun istənilən forması bizim üçün qəbuledilməzdir”.

YouTube, həmçinin 2023-cü ilin üçüncü rübündə uşaq təhlükəsizliyi siyasətlərini pozduğuna görə 94 mindən çox kanalı və 2,5 milyondan çox videonu sildiyini bəyan edib.

X (Twitter) sosial şəbəkəsinin nümayəndələri müraciəti cavablandırmaqdan imtina ediblər.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*