Hindistanın şimal-qərbində sərnişin avtobusunun drenaj borusuna çırpılması nəticəsində 12 nəfər ölüb, 36 nəfər yaralanıb.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Racastan ştatının Sikar dairəsində baş verib. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Hindistanın Baş naziri Narendra Modi ölən və yaralananların ailələrinə başsağlığı verib.
