Avstriyanın Braunau am Inn şəhərində – Adolf Hitlerin anadan olduğu keçmiş evdə yeni polis bölməsi açılıb.
KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, 20 milyon avroya başa gələn və üç il davam edən yenidənqurma işləri başa çatıb.
Hakimiyyət hesab edir ki, bu addım binanın ətrafında illərdir davam edən mübahisələrə son qoyacaq və neonasistlərin həmin məkana axınının qarşısını alacaq.
