Qanun pozuntusu edən iki neft tankeri Qənəm adasının şimalında və Hörmüzün şərqində dəniz minalarına çırpıldıqdan sonra partlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
SEPAH-ın iddiasına görə, tankerlər hərəkət sistemlərini söndürərək Hörmüz boğazından icazəsiz keçməyə çalışıb. Tankerlərdən birinin 2 milyondan çox barel xam neft daşıyan supertanker olduğu və partlayışdan sonra batdığı bildirilir. Onlayn mağaza
Tankerlərin adları, bayraqları və ekipajın vəziyyəti barədə məlumat verilməyib./APA
