Dünən Xorasan-e Rəzəvi əyalətinin Nişapur şəhərində ev şəraitində hazırlanmış spirtli içkilərin qəbulu nəticəsində azı 33 nəfər zəhərlənib, onlardan 3-ü həyatını itirib.
KONKRET.az xəbər verir ki, zəhərlənənlərdən bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, həyatını itirən üç nəfərdən ikisində beyin ölümü qeydə alınıb.
