İndoneziyada şirniyyat fabrikası dəhşətli yanğın: ölənlər var, 36 işçi itkin düşdübackend

İndoneziyada şirniyyat fabrikası dəhşətli yanğın: ölənlər var, 36 işçi itkin düşdü

İndoneziyanın Cikande sənaye bölgəsində yerləşən şirniyyat fabrikində güclü yanğın baş verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, yanğın zamanı binada təxminən 60 nəfər olub. Onlardan 15-i sağ xilas edilib, 3 nəfər həyatını itirib, 4 nəfər müxtəlif xəsarətlər alıb. Digər 36 nəfərin axtarışı davam etdirilir.

Xilasedicilər binanın yanğından zərər çəkmiş hissələrində axtarış aparırlar. Yanğının bəzi ocaqlarının hələ də davam etdiyi, ərazidə soyutma işlərinin görüldüyü bildirilir.

Yanğının başvermə səbəbi hələlik açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*