Android istifadəçilərinə XƏBƏRDARLIQbackend

Android istifadəçilərinə XƏBƏRDARLIQ

Android əməliyyat sistemi ilə işləyən cihazların sahiblərinə qarşı kiberdələduzluq halları artıb. Zərərli proqramların yayılmasının genişlənməsi xüsusilə bu əməliyyat sistemindən istifadə edən cihazlarda qeydə alınır.

KONKRET.az xəbər verir ki, dələduzlar müxtəlif yaş qruplarını hədəf alaraq hər biri üçün inandırıcı bəhanələr seçirlər.

Belə ki, uşaqlara oyunlar, orta yaşlı insanlara endirim və kommunal xidmətlərin ödənilməsi üçün tətbiqlər, yaşlılara isə həkim qəbuluna yazılmaq üçün proqramlar təklif olunur.

Zərərli proqramların quraşdırılması üçün nəzərdə tutulan fayllar və saxta saytlara keçidlər sosial şəbəkə kanallarında, çatlarda və şəxsi mesajlarda reklam və ya tövsiyə adı altında yayılır. İstifadəçilər müxtəlif üstünlüklər əldə etmək vədləri ilə həmin proqramları quraşdırmağa sövq edilirlər.

Bəzi hallarda belə mesajlar tanış şəxslərin sındırılmış hesabları vasitəsilə də göndərilə bilər.

Proqram quraşdırıldıqdan sonra dələduzlar istifadəçinin mesajlarını oxumağa, şəxsi məlumatlarını və təsdiq kodlarını ələ keçirməyə başlayırlar. Bəzi tətbiqlər isə onlara cihazı məsafədən idarə etmək imkanı verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*