Qurban Qurbanov: “Gəncədə özümüzü Avropa stadionundakı kimi hiss edirdik”backend

Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionundakı kimi hiss edirdik"

“Qarabağ” komandası “Kəpəz”lə oyunda özünü Avropa stadionunda olduğu kimi hiss edib”.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”lə keçirilən oyundan sonra (0:0) mətbuat konfransında deyib.

Mütəxəssis Gəncədəki futbol atmosferini yüksək qiymətləndirərək ev sahibi komandaya təşəkkür edib:

“Gəncədə olan futbol atmosferinə görə ev sahiblərinə təşəkkür edirəm. Özümüzü Avropa stadionunda hiss edirdik. Futbolçularıma da təşəkkür edirəm. Həqiqətən, çox yaxşı çıxış etdilər. “Kəpəz” məğlub olmaq istəmirdi. Komandalar bizə qarşı hər zaman ciddi hazırlaşırlar. Bu, “Qarabağ”ın gücündən xəbər verir. Bu işdə daha yaxşı və məsuliyyətli olmalıyıq. Geriyə addım atmaq olmaz. Daha da güclənəcəyik”.

O, Gəncə stadionunda azarkeş mədəniyyətinin olduğunu dilə gətirib: “Bu cür atmosferdə çıxış etmək çox çətin idi. Azarkeşlər çox mədəni görünürdülər. Meydanda heç bir təhqir və nalayiq sözlər eşitmədik. Bu arenada hər zaman azarkeş rekordları qırılıb. Xüsusilə “Qarabağ”la matçlarda çox azarkeş toplaşır”.

Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” görüşü qolsuz heç-heçə ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*