İbrahim Tatlısəsin doğulduğu mağara muzey olacaqbackend

İbrahim Tatlısəsin doğulduğu mağara muzey olacaq

İbrahim Tatlısəs Şanlıurfada Böyükşəhər Bələdiyyə başçısı Zeynel Abidin Bəyazgül, Haliliyə Bələdiyyə başçısı Mehmet Canpolat, Eyyubiyə Bələdiyyə başçısı Mehmet Bird və Karaköprü Bələdiyyə başçısı Metin Baydilli ilə birlikdə mətbuata açıqlama ilə çıxış edib.

Tatlıses doğulduğu şəhərində olmaqdan məmnunluğunu ifadə edərək, Şanlıurfanın sürətlə dəyişdiyini və inkişaf etdiyini deyib. Doğulduğu mağaranın bərpa ediləcəyini və turizm üçün əlverişli məkana çevriləcəyini deyən müğənni bildirib ki, “İstəyirəm ki, insanlar mənim doğulduğum və böyüdüyüm mağara ilə tanış olsunlar. Kasıb bir ailənin uşağı idim”-söyləyən Tatlısəs “İndi xidmətçilərim, 3 qayığım, 3 villam və 2 təyyarəm var”, – deyə Allaha şükür etdiyini vurğulayıb.

“Şanlıurfada bir otel tikdirəcəyəm”

Şəhərin turizm potensialının sürətlə böyüdüyünü önə çəkən Tatlısəs “Şəhər mərkəzində böyük bir otel tikdirmək istəyirəm. Turizmə və insanlara xidmət etməyi sevirəm. Göbəklitəpəyə sərmayə qoyacağımı düşünürəm”, – deyə bildirib.

Şanlıurfa Bələdiyyə başçısı Zeynel Abidin Beyazgül isə öz növbəsində deyib ki, “Tatlısəsin doğulduğu yer bir mağaradır. İndi bu mağaranı bir muzey olaraq açacağıq. İnsanların belə bir məşhur şəxsin harada doğulduğunu görməsini istəyirik. Heç kim mağarada belə bir lüks yaşayan bir insanın doğulduğuna inanmaz. Haliliyə Bələdiyyə başçısı Mehmet Canpolatın səyləri ilə insanlar Tatlısəsin harada və necə böyüdüyünü görəcəklər”.

Haliliyə Bələdiyyə başçısı Mehmet Canpolat muzeylə əlaqəli işlərin tezliklə başlayacağını söyləyib.

Muzey təxminən 1 ilə turistlərə təqdim ediləcək.

Elman ŞİRMƏMMƏDOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*