İcazəli şəxslər postdan buraxılmasa nə etməlidir? – AÇIQLAMAbackend

İcazəli şəxslər postdan buraxılmasa nə etməlidir? - AÇIQLAMA

“Rayona gedənlər əgər haqlı olduğunu düşünürsə və ya əlində hər hansı bir sənəd varsa, ola bilər ki, yerdə qərar qəbul etmiş polis əməkdaşı onun keçidinə hərəkətinə icazə vermirsə, bu zaman mübahisə yaratmağa ehtiyac yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

“Müəyyən məsələlər var ki, polis əməkdaşlarının yerində qərar qəbul etməsi, DİN əməkdaşının səlahiyyətinə verilib. Ona görə də siz həmin əməkdaşın qəbul etdiyi qərardan narazısınızsa, orada mübahisə yaratmayın. Bunun üçün siz 102 xidmətinə, 902 xidmətinə və yaxud da DİN-in 590 80 20 qaynar xətt nömrələrinə zəng edərək narazılığınızı bildirə bilərsiniz. Müraciətiniz araşdırıldıqdan sonra sizin hərəkətinizə icazə verilib-verilməyəcəyinə aydınlıq gətiriləcək”.

Mediapost.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*