İctimai nəqliyyatda gediş haqqının mart ayında bahalaşması ilə bağlı AÇIQLAMAbackend

İctimai nəqliyyatda gediş haqqının mart ayında bahalaşması ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz bir neçə gün öncə Tarif Şurasının qərarı ilə Aİ-92 və dizelin qiyməti qaldırıldı. Düzdür, bu qiymət artımından sonra ictimai nəqliyyatda gediş haqqı qaldırılmasa da, bunun müvəqqəti olması ilə bağlı fikirlər var. Belə ki, bu gün bəzi iqtisadi ekspertlər mart ayından bahalaşmanın olması ilə bağlı fikirlər səsləndirirlər. Bu bahalaşmanın ictmai nəqliyyata da təsir edəcəyi ilə bağlı iddialar hələ də səsləndirilməkdədir. Ona görə də cəmiyyətdə mart ayında ictimai nəqliyyatda gediş haqqı qaldırılması ilə bağlı narahatlqılar var.

KONKRET.az-ın bununla bağlı sualını cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bu barədə proqnoz vermək çətindir: “Çünki ictimai qurumların açıqlamaları bir-birini izləmir, bu gün dedikləri sabah söylədikləri ilə üst-üstə düşmür. Bu baxımdan da proqnozlaşdırmaq çətindir. Amma bugünkü şərtlər daxilində metroda və avtobuslarda gedişhaqqında qiymət artımını gözləmirəm. Müəyyən sosial parametrlər və pandemiyanın əhalinin gəlirlərinə vurduğu zərər nəzərə alan hökumət bu istiqamətdə qərar qəbul etməyəcək. Amma yanacağın qiymətinin artırılması ilə bağlı qəbul edilən qərar həm də onu göstərir ki, çox da buna inanmaq olmaz. Bu baxımdan konkret fikir səsləndirməkdən çəkinirəm.

Çünki bu güvəni bizdə yarada biləcək qurumlar və açıqlamaları yoxdur. Kommunikasiya düzgün qurulmur. Bakı Nəqliyyat Agentliyinin açıqlamalarından və Tarif Şurasının verdiyi qərardan belə başa düşmək olur ki, hələlik bu istiqamətdə artım gözlənilmir. Çünki benzinin və dizelin qiymətinin qalxmasına görə ictmai nəqliyyata dəyən zərərin kompensasiya ediləcəyi ilə bağlı açıqlaması avtobuslarda yaxın aylarda qiymət artımının olmayacaq ehtimalını yaradır. Hökumət bunun qarşısını almağa çalışacaq.

Bundan əlavə, bu gün sərnişin daşımanın böyük hissəsini həyata keçirən “BakuBus”MMC-yə aid olan avtobuslar sıxılmış qazla işləyir. Tarif Şurasının yanacağın qiymətinin artırılması ilə bağlı verdiyi qərar bu sahəyə təsir etməyib. Ona görə də mart ayında ictimai nəqliyyatda artımın olacağına inanmıram”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*