Dünən axşam saat 18:50 radələrində “Erebuni” Tibb Mərkəzinə güllələnmiş, 1976-cı və 1960-cı il təvəllüdlü iki İrəvan sakini gətirilib. Onlardan biri hadisə yerindəcə öldürülüb, digər isə ağır yaralıdır. Tibb Mərkəzi tərəfindən dərhal Şengavit Polis Şöbəsinə bu barədə məlumat verilib. Şöbədə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 34 və 104-cü maddələrinin 2-ci hissəsinin 2-ci və 6-cı bəndləri və 235-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi açılıb. Şengavit inzibati ərazi dairəsi üzrə istintaq şöbəsi rəhbərinin qərarına əsasən istintaq qrupu yaradılıb. Hadisə yerinə baxış keçirilərkən 8 ədəd “Makarov” markalı tapança qəlpəsi, 1 7.62 mm çaplı patron darağı, seriya nömrəsi olmayan 1 tapança barabanı, 1 tapança patronu, 2 qatlanan bıçaq aşkar edilərək götürülüb. Hadisə yerinə yaxın ərazidə yerləşən videokameraların görüntülərinə baxış olub. Habelə hadisə baş verən zaman zərər çəkmiş şəxslərin geyimləri ekspertlərə təqdim edilib, bir sıra müayinələr təyin edilib.
Cinayət işi üzrə aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 1975-ci il təvəllüdlü İrəvan sakini olan şübhəli şəxsin şəxsiyyəti müəyyənləşdirilərək həbs olunub.
Natiq Səlim