İki hərbi helikopter qəzaya uğradıbackend

İki hərbi helikopter qəzaya uğradı

ABŞ-nin Alyaska ştatında iki hərbi helikopter qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) ABŞ Silahlı Qüvvələri bazasının nümayəndəsi Elmendorf-Riçardsona istinadən məlumat yayıb.

Onun sözlərinə görə, iki AH-64 “Apache” helikopteri Hili kəndi yaxınlığında təlim uçuşundan qayıdarkən qəzaya uğrayıb. Hər helikopterin göyərtəsində iki nəfər olub, onların vəziyyəti məlum deyil. AP-nin məlumatına görə, helikopterlər Fort-Ueynrayt Hərbi Hava Qüvvələri bazasında yerləşirdilər.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*