backend

"İlham Əliyev alman müxbirə yaxşı dərs verdi" - Qulu Məhərrəmli

Prezident  İlham Əliyev oktyabrın 28-də ARD televiziya kanalına müsahibə verib. Müsahibə zamanı jurnalist ölkə başçısına Qarabağla bağlı qərəzli sual verərək bildirib ki, biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?”

Prezident İlham Əliyev Qarabağla bağlı qərəzli sual verən alman jurnalistə tarix dərsi keçərək qeyd edib ki, Elzas-Lotaringiya sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir: “Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

Bununla bağlı KONKRET.az-a danışan media eksperti, professor Qulu Məhərrəmli bildirib ki, jurnalistlərin suallarının sərt və ya qərəzli olmasına çox da əhəmiyyət verməməliyik: “Jurnalistin işi sual verməkdir. Təbii ki, onun qərəzi də ola bilər. Danışığı ilə o, özünü ifadə edir, hansı səviyyəyə maliki olduğunu ifadə edir. Ona görə də suallar önəmli deyil. Önəmli olan verilən cavablardır. Mənə elə gəlir ki, ölkə başçısının verdiyi cavablar jurnalistlər və onların təmsil etdikləri qurumlar, dövlət üçün yaxşı dərsdir. Bu baxımdan Almaniyanın ARD telekanalının əməkdaşı da silahlarla, Qarabağla bağlı bununla bağlı sual verdi. Əslində cənab Prezident bütün bunları gözəl şəkildə izah etdi”.

Qulu Məhərrəmli vurğulayıb ki, cənab Prezidentin gözəl yumor hissi var və onu yerindəcə işlədə bilir: “Əslində Qərbin Qarabağ münaqişəsi ilə haqqında təsəvvürləri bəsitdir, istinad yerləri yoxdur. Nə siyasətçilər, nə də jurnalistlər beynəlxalq hüquqa istinad etmirlər. 3-cü və 4-cü məsələlərdən yapışırlar. Məsələn, Cenevrə görüşləri kimi. Amma önəmli olan odur ki, bu televizya  müsahibəni verir, Prezidentin çıxışı yayımlanır, o ölkənin ictimaiyyəti, müxtəlif kanalllar, dairələr bunu görür. Bir baxın, Ermənistanın Baş naziri müsahibə verəndə nədən danışır?

Paşinyan populist, savadsız, siyasi biliyi olmayan, diplomatik incəliklərdən xəbərsiz, öz ölkəsinin tarixindən məlumatsız və Qarabağla bağlı çox bəsit informasiyalara malik olan dövlət rəhbəridir. Əslində bütün bunların fonunda onunla cənab Prezident İlham Əliyevi bir tərəziyə qoymaq olmaz. Ona görə də ölkə başçısının müsahibələrinin yayımlanması, Qarabağla bağlı həqiqətlərin yayılması çox önəmlidir. Silahla bağlı ölkə başçısının söylədiyi çox mühüm məsələdir. Belə ki, bizim Ermənistanın ələ keçirdiyimiz və dağıtdığımız silahların qiyməti 2,7 milyarddır. Yəni düşünmək üçün mesaj da verir. Belə ki, bir ölkənin dövlət büdcəsi 2 milyarddırsa, Ermənistan bu qədər silahı haradan alır. Əgər Qərb xristian tərəfkeşliyindən çıxıb həqiqəti anlamaq istəyirsə, bunu ölkə başçısı müsahibələri ilə dünyaya çatdırır”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*