Azərbaycanın sabit, uğurlu inkişafı var.
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan ikinci dəfədir bu iclasa ev sahibliyi edir:
“2010-cu ildə ilk dəfə ev sahibliyi etdik. Həmin illik iclasda bizim tərəfdaşlığımıza güclü təkan verildi. Eyni zamanda, bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı apardığı islahatlara və enerji sektorundan asılılığın azaldılmasına verilən dəstək idi. Həmin vaxtdan Azərbaycanda və ətrafda bir çox dəyişikliklər baş verdi. Bir məsələ dəyişməz olaraq qalır. Azərbaycanın sabit, uğurlu inkişafı var”.
