“İlham Əliyev çox güclü xarici siyasət aparır” – Erməni politoloq + VİDEObackend

"İlham Əliyev çox güclü xarici siyasət aparır" - Erməni politoloq + VİDEO

Ermənilər İlham Əliyevin siyasətinə heyrandırlar.

KONKRET.az xəbər verir ki, tanınmış erməni politoloq Stepan Qriqoryan İlham Əliyevin Ermənistan üzərində siyasi qələbəsindən danışıb. O bildirib ki, Əliyev çox güclü xarici siyasət aparır.

  • “Əliyev çox güclü siyasət yürüdür. Mən təəssüf edirəm ki, bizdə elələri var ki, Azərbaycan haqqında az məlumatlıdırlar. Deyirlər ki, onlar zəifdir, onların arxasında Türkiyə durur, Türkiyə hesabına qələbə qazanıblar, son zamanlar Rusiya onları dəstəkləyir və onların dəstəyi ilə Azərbaycan uğur qazanır. Bunlar sadəlövh fikirlərdir”, – politoloq deyib.

Aparıcının “bu, belə deyil ki?” sualına Qriqoryan belə cavab verib:

  • “Əslində bu, birmənalı olaraq belədir, hazırda bu dəstək daha çoxdur. Lakin  Əliyevin özünün dinamik xarici siyasəti var. Mən çox xarici görüşlərdə oluram, diplomatlarla görüşürəm, Brüsseldə olmuşam bir müddət öncə, Avropa Şurasında və s. yerlərdə müxtəlif görüşlərim olub. Bilirsiniz, belə bir vəziyyət yaranıb ki, bizə deyirlər ki, ermənilər, Qarabağı zəbt etmisiniz, daha bəsdir, təhvil verin, çıxın ordan, ora sizin torpağınız deyil. Bunu çox ciddi adamlar deyir, əksəriyyəti də erməni xalqına qarşı olmayan siyasətçilərdir.
  • Mən deyirəm, axı xalqın öz seçimi var, öz müqəddəratını təyinetmə hüququ var, ermənilər ta qədimdən Qarabağda yaşayıblar və sair və ilaxır. 90-cı illərdən bu yana bizim aktiv şəkildə təbliğ etdiyimiz bir dənə də olsun fikir yoxdur indiki siyasətçilərdə. Hamıda ancaq Azərbaycanın informasiyası var: “Qarabağ – Azərbaycandır”.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*