İlham Əliyev xeyriyyə matçına qatıldıbackend

İlham Əliyev xeyriyyə matçına qatıldı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qarabağ” və “Qalatasaray” komandaları arasında keçirilən xeyriyyə matçını izləyirlər.

KONKRET.az xəbər verir ki, bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin – güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub.

Görüşdən əldə olunacaq bütün gəlir zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*