İmran Xan artıq seçkilərdə iştirak etməyəcəkbackend

İmran Xan artıq seçkilərdə iştirak etməyəcək

Pakistan Seçki Komissiyası keçmiş baş nazir İmran Xanı seçkidən kənarlaşdırıb.

KONKRET.az xəbər verir ki, bu barədə pakistanlı müxalif siyasətçi Əsəd Ömər tviterdə məlumat verib.

“Qərara tezliklə məhkəmədə etiraz ediləcək və onların  İmran Xanı ölkədən çıxarmaq arzusu heç vaxt baş tutmayacaq”, – siyasətçi yazıb.

Qeyd edək ki, bu gün Pakistan Seçki Komissiyası keçmiş baş nazir İmran Xanın növbəti beş il ərzində respublikanın hər hansı qanunverici orqanına seçilməsinə qadağa qoyub. Qərarın əsası kimi onun vəzifədə olduğu müddətdə verdiyi saxta gəlir bəyannaməsi göstərilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*