“İndi növbə Zəngəzur dəhlizinə çatıb” – Arman Melikyanbackend

“İndi növbə Zəngəzur dəhlizinə çatıb” - Arman Melikyan

Azərbaycan Prezidenti İlham Əliyevin ölkə televiziyalarına müsahibəsi Ermənistanda hələ də müzakirə edilir. Cənab Prezidentin hər bir kəlməsini təhlil etməyə çalışan erməni ekspertlər hesab edirlər ki, Cənubi Qafqazda artıq yeni reallıq yaranıb və bu reallıqla barışmaq lazımdır.

KONKRET.az xəbər verir ki, bəzi erməni politoloqlar müsahibəni bənd-bənd təhlil edərək belə bir qənaətə gəliblər ki, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər erməni cəmiyyətində ruh düşkünlüyü yaradacaq.

Erməni politoloq Arman Melikyan bildirib ki, indi növbə Zəngəzur dəhlizinə çatıb:

“Etiraf etməliyəm ki, gərginlik artmaqda davam edir. Bu nə vaxtsa vəziyyətin dəyişməsinə, regionda yeni aktorların mümkün iştirakı ilə hərbi əməliyyatların başlamasına gətirib çıxara bilər”.

Melikyanın fikirincə ermənilərin acınacaqlı duruma düşməsində əsas günahkar Rusiyadır: “Son on ildə Rusiya Ermənistanın və Qarabağın hərbi-siyasi cəhətdən məhvi ilə məşğul olub. Nəticə göz qabağındadır. Qarabağ əldən getdi və ermənilərin geri qayıtması mümkün deyil. İndi Rusiya Ermənistanla bağlı siyasətini davam etdirir. Çox güman ki, ruslar erməni dövlətçiliyinə də ciddi zərbə vuracaqlar”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*