Harvard CAPS/Harris sorğusuna əsasən, ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkiləri indi keçirilsəydi, hazırkı prezident Co Baydeni keçə bilərdi.
KONKRET.az xəbər verir ki, rəyi soruşulanların 45%-i indi Trampa, 40%-i isə Baydenə səs verəcəklərini bildirib. Eyni zamanda respondentlərin 16%-i seçim edə bilməyib.
Trampın rəqibi hazırkı vitse-prezident Kamala Harris olsaydı, o, 47%, Harris isə 38% səs toplaya bilərdi. Respondentlərin 14%-i cavab verməkdə çətinlik çəkib.
Qeyd olunur ki, səkkiz namizədin iştirakı ilə keçirilən praymerizdə Tramp öz partiyadaşlarını da məğlub edəcəkdi – rəyi soruşulanların 52 faizi keçmiş prezidentə, 12 faizi Florida qubernatoru Ron DeSantisə, 10 faizi hind əsilli amerikalı iş adamı Vivek Ramasvamiyə səs verib.
Bundan əlavə, sorğunun nəticələrinə görə, respondentlərin 68%-i 80 yaşlı Baydenin “prezident olmaq üçün çox qoca” olduğuna inanır.
19-20 iyul tarixlərində keçirilən sorğuda 2068 nəfər iştirak edib.
Burhan,
KONKRET.az
