İnfarktın qeyri-adi simptomları – Həkim sadalayırbackend

İnfarktın qeyri-adi simptomları - Həkim sadalayır

İnfarktın əsas və xarakterik simptomlarından biri sinədə ürək nahiyəsində güclü kəskin ağrıdır. Ağrı nitroqliserinin qəbulundan sonra keçmir, getdikcə artır.

Lakin nəzərə almaq lazımdır ki, bəzi hallarda infarkt özünü qeyri-adi simptomlarla büruzə verir. İnsan bu simptomları düzgün qiymətləndirməyə bilər ki, nəticədə çox ağır fəsadlara və hətta insanın ölümünə gətirib çıxarda bilər.

KONKRET.az xəbər verir ki, tanınmış rusiyalı həkim Aleksand Myasnikovun sözlərinə görə, qadınlar və diabet xəstələrində infarkt zamanı sinədə xarakterik ağrı olmaya bilər. Həkim infarktın qeyri-adi simptomlarını sadalayıb:

– Soyuq tər

– Zəiflik

– Nəfəsalma problemləri

– Təngənəfəslik

– Öskürək.

Həmçinin həkim əlavə edib ki, infarkt həzm pozulmaları simptomları (mədədə yanma hissi, mədə qıcqırması) ilə müşayiət oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*