backend

“İnsanlar köç edirlər və dövlətdən uzaqlaşırlar”: Tevanyan Ermənistanın xilası üçün əsas şərti AÇIQLADI

Ermənistan fraksiyasının deputatı Andranik Tevanyan parlamentdə çıxışı zamanı qalmaqallı fikirlər səsləndirib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Tevanyan indi Ermənistanın 2020-ci il noyabrın 9-da olduğundan qat-qat çətin vəziyyətdə olduğunu deyib: “Əgər həmin vaxt insanlar şok keçirərək küçələrə axışırdırlarsa, indi onlar köç edirlər və dövlətdən uzaqlaşırlar”.

Deputatın sözlərinə görə, hazırda əsas vəzifə geniş ictimai-siyasi konsolidasiya (vahid ideya və maraqlar uğrunda mübarizə aparan qüvvələrin ümumi məqsəd naminə birləşməsi) yolu ilə hakimiyyətin dəyişdirilməsidir: “Bu, Ermənistanın xilası üçün əsas ilkin şərtdir” – deyə deputat fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*