Instagrama pullu abunəlik Rusiyada ekstremistlik sayılacaqbackend

Instagrama pullu abunəlik Rusiyada ekstremistlik sayılacaq

Rusiyanın Federasiya Şurası insanları Meta-nın nəzdindəki Instagram, Facebook və WhatsApp-a ödənişli abunəliklərinə pul ödəməməyə çağırıb və onlara ekstremizmin maliyyələşdirilməsi haqqında qanunu xatırladıb.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, Federasiya Şurasının konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin sədr müavini Vladimir Kojin bu barədə xəbərdarlıq edib. O, federasiyada ekstremist kimi taninmiş şirkətə edilən hər hansı bir ödənişin onun fəaliyyətinə dəstək kimi şərh edilə biləcəyini bildirib.

“Şirkət ekstremist kimi təyin edilib və onun hər hansı bir fəaliyyəti, təbiətindən asılı olmayaraq, bu profilə uyğundur. Şirkətin statusu müəyyən edilib – qəbul edin. Ekstremist kimi təyin edilmiş heç bir şeydən istifadə etməyin”, – Kojin dedi.

Senatorun açıqlaması Meta-nın Instagram, eləcə də Facebook və WhatsApp-a ödənişli abunəlik başlatmasından sonra gəlib. İnstagram abunəliyinin aylıq qiymətinin 3,99 dollar olduğu bildirilir.

Elan edilən seçimlər arasında izləyici siyahısında görünməkdən başqa insanların hekayələrinə baxmaq, hekayələrin dərcini əlavə bir günlük uzatmaq və hekayələri ən çox izləyən abunəçilər haqqında statistika var./Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*