backend

İntihardan əvvəl yaxınlarını bir yerə topladı - Sonra əbədi olaraq yuxuya getdi - FOTO-REPORTAJ

ABŞ-ın Sietl şəhərində yaşayan 75 yaşlı xərçəng xəstəsi Robert Fuller intihar məclisi təşkil edib.
Robert Fullerin bir çox qohumu intihar məclisinə qoşularaq yaşlı adamla vidalaşmaq imkanı qazanıb.
Xərçəng diaqnozu qoyulan Robert Fuller həyatına son qoymadan bir neçə dəqiqə əvvəl ortağı Resse Baxter-Fuller ilə birlikdə olmaqdan məmnunluğunu da gizlətməyib.

Kimya-terapiya müalicəsindən imtina edən Robert Fuller Vaşinqtonda mövcud qanunla nəzərdə tutulmuş şəkildə həyatına son qoymaq hüququndan istifadə etməyi üstün tutub.
Robert Fullerin həyatını sonlandırmaq üçün istifadə etdiyi dərmanlar təxminən 400 dollara başa gəlib. Dövlətdə, şəxsin həyatını sonlandırması xahişi ən azı iki dəfə səlahiyyətli şəxslərə və təşkilatlara şifahi şəkildə bildirilməlidir və ən azı iki vəzifəli şəxsdən yazılı təsdiq alınmalıdır. Vaşinqton, Amerika Birləşmiş Ştatlarında ölüm astanasında olan xəstələrə həyatlarına son qoymaq hüququ verən əyalətlərdən biri kimi tanınır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*